İngilis Azeri lüğət
Bu bölməmizdə sizlərə İngilis və Azərbaycan dilində sözləri ( Lüğətləri ) təqdim edəcəyik. İngiliscə Azərbaycanca lüğətlərə istinad edərək cümlələr və testlərlə birlikdə öyrəndiyiniz sözləri ( lüğətləri ) dahada möhkəmləndirmiş olacaqsınız. Hərgün İngilis dilində sözlər öyrənməklə, sizlərin İngilis dilindən Azərbaycan dilinə tərcümə edərkən ( vəya əksi ) müəyyən çətinlikləriniz aradan qalxmış olacaq. Uğurlar hərkəsə
Əsas Fellər
İngilis dilində sözlər və tərcüməsi
Press |
Basmaq, sıxmaq, sıxmacalamaq |
Prevent |
Əngəl olmaq, mane olmaq |
|
Çap etmək, basmaq, dərc etmək |
Produce |
İstehsal etmək |
Program |
Proqramlaşdırmaq |
Promise |
Söz vermək |
Protect |
Qorumaq |
Provide |
Təmin etmək |
Pull |
Çəkmək, dartmaq, dartışdırmaq |
Pump |
Sormaq nasoslamaq |
Punch |
Əzişdirmək, vurmaq |
Punish |
Cəzalandırmaq |
Push |
İtələmək |
Question |
Sorğulamaq |
Queue |
Sıraya durmaq, növbəyə durmaq |
Race |
Yarışmaq |
Rain |
Yağış yağmaq |
Raise |
Qaldırmaq |
Raise |
Qaldırmaq |
Reach |
Çatmaq |
Realise |
Fərqinə varmaq, anlamaq, başa düşmək |
Receive |
Almaq əldə etmək |
Recognise |
Tanımaq, qəbul etmək |
Record |
Lentə yazmaq, protokollaşdırmaq |
Reduce |
Azaltmaq |
Reflect |
Əks etmək |
Refuse |
İmtina etmək, dala durmaq |
Regret |
Peşman olmaq |
Reject |
Rədd etmək |
Relax |
Rahatlamaq |
Release |
Buraxmaq, boşlamaq |
Rely |
İnanmaq, güvənmək |
Remain |
Qalmaq |
Remember |
Xatırlamaq |
Remind |
Xatırlatmaq |
Remove |
Silmək, çıxarmaq, aradan qaldırmaq |
Repair |
Təmir etmək |
Repeat |
Təkrarlamaq |
Replace |
Əvəz etmək |
Reply |
Cavab vermək |
Report |
Məruzə etmək |
Reproduce |
Çoxaltmaq, yenidən hasil etmək |
Request |
İstəmək, tələb etmək |
Rescue |
Xilas etmək |
Retire |
Pensiyəyə çıxmaq |
Return |
Qayıtmaq |
Risk |
Riskə girmək |
Rock |
Sallamaq, laxlatmaq, yellətmək |
Roll |
Yumalanmaq, diyirlənmək |
İngiliscə cümlələr və tərcüməsi
You must press this button to start the radio. - Radionu açmaq üçün bu düyməni basmalısınız.
Press this button to start the engine - Mühərriki işə salmaq üçün bu düyməni basın
We hope to prevent anything unpleasant from happening - Ümid edirik ki, xoşagəlməz bir şeyin baş verməsinin qarşısını alacağıq
Props were used to prevent the roof collapsing. - Damın çökməməsi üçün dayaqlardan istifadə edilmişdir.
I couldn't get the graphics to print correctly. - Qrafiklərin düzgün çap olunmasını başa düşə bilmədim.
These plants produce a number of thin roots. - Bu bitkilər bir sıra incə köklər əmələ gətirir.
Art books are expensive to produce. - Bədii kitabların istehsalı bahadır.
'Promise not to tell anyone!' 'I promise.' - 'Heç kimə danışmayacağına söz ver!' 'Söz verirəm.'
Are we doing enough to protect the environment? - Ətraf mühiti qorumaq üçün kifayət qədər iş görürükmü?
Nature does not provide everything we want. - Təbiət istədiyimiz hər şeyi təmin etmir.
The health service can't provide cosmetic surgery. - Səhiyyə xidməti estetik əməliyyat edə bilməz ( təmin etmək).
You push and I'll pull. – sən itələ, məndə çəkim ( dartım)
I tried to pump up my back tyre. - Arxa təkərimi şişirtməyə çalışdım.
I managed to land a punch on his chin. - Çənəsinə bir yumruq endirə bildim.
According to present law, the authorities can only punish smugglers with small fines. - Mövcud qanuna görə, səlahiyyətlilər qaçaqmalçıları yalnız kiçik cərimələrlə cəzalandıra bilər.
Push the tiny lever on the lock - Kiçik qolu kilidin üzərinə itələyin
Never question anyone who has no information about it – Hecvaxt bu haqda məlumatı olmayan birisini sorğulama
thousands of tourists queue to see the tomb. - minlərlə turist türbəni görmək üçün növbə tutdu.
It didnt rain yesterday – dünən yağış yağmadı
Gradually raise your body into an upright position. - Bədəninizi yavaş yavaş dik vəziyyətdə qaldırın.
A wanderer who is determined to reach his destination does not fear the rain. - Gedəcəyi yerə çatmaqda qərarlı olan bir yol adamı yağışdan qorxmur.
I didn't realise your husband was here, Dr Jones - I hope I'm not intruding. - Ərinizin burada olduğunu fərqində deyildim, Dr Jones - İnşallah müdaxilə etmirəm.
It is more blessed to give than to receive. - Almaqdan daha çox vermək xeyirlidir.
All those eligible will receive a cash handout. - Uyğun olanların hamısı pul yardımı alacaqlar.
The Americans recognise that the UN can be the channel for greater diplomatic activity. - Amerikalılar BMT-nin daha böyük diplomatik fəaliyyət üçün kanal ola biləcəyini qəbul edirlər.
I'd recognise your handwriting anywhere - it's unique. - əl yazınızı harda görsəm tanıyaram – bənzərsizdir
I record all my thoughts in a notebook. - Bütün düşüncələrimi dəftərə yazıram.
They petitioned the government to reduce taxes. – Onlar vergilərin azaldılması üçün hökumətə müraciət etdilər.
The aim is to reduce traffic at peak periods. - Məqsəd pik dövrlərdə tıxacın azaldılmasıdır.
Does this letter reflect how you really think? - Bu məktub həqiqətən düşündüyünüzü əks etdirirmi?
We refuse to talk to terrorists. - Terrorçularla danışmaqdan imtina edirik.
I didn't regret the choice I had made. - Seçdiyim seçimdən peşman olmadım.
Patients often reject transplanted organs. - Xəstələr tez-tez köçürülmüş orqanları rədd edirlər.
The British government is expected to reject the idea of state subsidy for a new high speed railway. - İngiltərə hökumətinin yeni sürətli qatar üçün dövlət subsidiyası ideyasını rədd etməsi gözlənilir.
Deeply relax all your muscles. - Bütün əzələlərinizi dərindən rahatlatın.
I meditate in order to relax. – rahatlamaq üçün meditasiya edirəm
We cannot release the names of the soldiers who were killed until we have informed their next of kin. - Öldürülən əsgərlərin adlarını yaxın qohumlarına məlumat verməyincə açıqlaya bilmərik.
Please release the parachute when there is an emergency. - Xahiş edirəm təcili vəziyyət olduqda paraşütü buraxın.
You may rely on me. - Mənə etibar edə bilərsiniz.
Many working women rely on relatives for childcare. - Bir çox işləyən qadın uşaq baxımında qohumlarına güvənir.
Some of the most important questions remain unanswered. - Ən vacib suallardan bəziləri cavabsız qalır.
I don't remember my first day at school. - Məktəbdəki ilk günümü xatırlamıram.
Remind me to phone Alan before I go out. - Çölə çıxmazdan əvvəl Alana telefon etməyimi xatırlat.
Remind her to come earlier tomorrow morning. - Ona sabah səhər tez gəlməsini xatırlat.
Will you please remove your handbag from the seat? - Xahiş edirəm əl çantanızı oturacaqdan çıxarasınız?
He mixed up some plaster to repair the wall. - Divarı düzəltmək üçün bir az suvaq qarışdırdı.
He hired a workman to repair the fence. - Hasarı təmir etməsi üçün bir işçi tutdu.
Are you prepared to repeat these allegations in court? - Məhkəmədə bu iddiaları təkrarlamağa hazırsınız?
The new design will eventually replace all existing models. - Yeni dizayn sonda mövcud olan bütün modelləri əvəz edəcəkdir.
He did not reply to her question right away. – O, dərhal onun sualına cavab vermədi.
Who should I report it to? - Bunu kimə bildirməliyəm?
The turtles return to the coast to reproduce. - Tısbağalar çoxalmaq üçün sahilə qayıdır.
I request that you should come early. – tez gəlməyinizi xahiş edirəm
He had attempted to rescue the drowning man - Boğulan insanı xilas etməyə çalışmışdı
Most people retire at 65. - Çox insan 65 yaşında təqaüdə çıxır.
Mr Baker will return home via Britain and France. - Bay Baker, İngiltərə və Fransa üzərindən evə qayıdacaq.
Roll the dough into balls and flatten slightly. - Xəmiri toplara bükün və yüngülcə hamarlayın.
Hazırladı: Ceyhun Yusifov