İngilis Azeri lüğət
Bu bölməmizdə sizlərə İngilis və Azərbaycan dilində sözləri ( Lüğətləri ) təqdim edəcəyik. İngiliscə Azərbaycanca lüğətlərə istinad edərək cümlələr və testlərlə birlikdə öyrəndiyiniz sözləri ( lüğətləri ) dahada möhkəmləndirmiş olacaqsınız. Hərgün İngilis dilində sözlər öyrənməklə, sizlərin İngilis dilindən Azərbaycan dilinə tərcümə edərkən ( vəya əksi ) müəyyən çətinlikləriniz aradan qalxmış olacaq. Uğurlar hərkəsə
Əsas Fellər
İngilis dilində sözlər və tərcüməsi
Glue |
Yapışdırmaq |
Grate |
Rəndələmək, qıcırdatmaq, qıcırdamaq |
Grab |
Tutmaq, qapmaq, qamarlamaq |
Grease |
Yağlamaq, mazlamaq |
Greet |
Salamlamaq, salam vermək |
Grip |
Qapmaq, qavramaq |
Groan |
İnildəmək, hıqqıldamaq, vayıldamaq |
Guarantee |
Zəmanət vermək, qarantiya vermək |
Guard |
Qorumaq, mühafizə etmək |
Guess |
Təxmin etmək, fərz etmək |
Guide |
Rəhbərlik etmək, bələdçilik etmək |
Hammer |
Mismarlamaq, çəkicləmək |
Hand |
Uzatmaq, əldən ələ uzatmaq |
Handle |
Baş çıxarmaq, idarə etmək |
Hang |
Asmaq |
Happen |
Baş vermək, olmaq |
Harm |
Zərər vermək, incitmək |
Hate |
Nifrət etmək |
Haunt |
Dadanmaq, musallat olmaq( cin vəya şeytan) |
Head |
Etmək, baş qoymaq |
Heal |
Sağalmaq |
Heat |
İsitmək |
Help |
Kömək etmək |
Hop |
Tullanmaq |
Hope |
Ümüd etmək |
Hug |
Qucaqlamaq |
Hunt |
Ovlamaq, ov etmək |
Hurry |
Tələsmək |
İdentify |
Müəyyənləşdirmək, eyniləşdirmək, eyni tutmaq |
İmagine |
Təsəvvür etmək |
İmpress |
Təəssürat yaratmaq, etkiləmək |
İmprove |
Təkmilləşdirmək, yaxşılaşdırmaq, mükəmməlləşdirmək |
İnclude |
Daxil etmək, əhatə etmək |
İncrease |
Artırmaq |
İnfluence |
Təsir etmək |
İnform |
Məlumatlandırmaq |
İnject |
Yeritmək, iynə vurmaq |
İnjure |
Xəsarət almaq |
İnstruct |
Təlimatlandırmaq, göstəriş vermək |
İntend |
Niyyəti olmaq |
İnterest |
Maraqlanmaq |
İntroduce |
Təqdim etmək |
İnvent |
İxtira etmək |
İnvite |
Dəvət etmək |
İtch |
Qaşınmaq |
Jail |
Həbsxanaya salmaq |
Jam |
Sıxışmaq, sıxışdırmaq |
Join |
Qoşulmaq |
Joke |
Zarafat etmək |
İngiliscə cümlələr və tərcüməsi
Can you glue the broken vase together? - Qırılmış vazanı bir-birinə yapışdıra bilərsinizmi?
Glue the fabric around the window. – Parçanı pəncərənin ətrafına yapışdırın
Grate some nutmeg on top of the pudding. - Pudinqin üstünə bir az hindistan cevizi rəndələyin.
Grate the carrot finely / into small pieces. - Kökü incə / xırda doğrayın ( rəndələyin).
I managed to grab her hand. - Mən onun əlindən tutmağı bacardım.
A businessman should grab at any chance to make a profit. - Bir iş adamı mənfəət əldə etmək üçün hər hansı bir şansı ələ keçirməlidir ( dəyərələndirməlidir).
Grease the tin with butter before baking . - Çörək bişirməzdən əvvəl qabı kərə yağı ilə yağlayın.
He always got up to greet the dawn – O, həmişə sübh çağını salamlamaq üçün qalxardı.
I greet you in name of the President. - Sizi Prezidentin adına salamlayıram.
The brake doesn't grip properly. - Əyləc düzgün tutmur ( qavramır).
He was heard to groan. - Onun nalə çəkməsi ( inildəməsi) eşidildi.
Slowly, he opened his eyes. As he did so, he began to groan with pain. - Yavaşca gözlərini açdı. Bunu edərkən ağrıdan inləməyə başladı.
Who can guarantee that his story is true? - Onun hekayəsinin doğru olduğuna kim zəmanət verə bilər?
We can't guarantee our workers' regular employment. - İşçilərimizin müntəzəm məşğulluğuna ( iş görməsinə)zəmanət verə bilmərik.
I will guard you from all dangers. - Mən sizi bütün təhlükələrdən qoruyacağam.
We must guard against accidents. - Qəzalardan qorunmalıyıq.
I'd guess that she's about 30. – Mən onun təxminən 30 yaşında olduğunu təxmin edirəm.
I guess it's going to rain. - Yağış yağacağını düşünürəm.
He flashed a torch to guide me. – O, mənə bələdçilik etmək üçün məşəli yandırdı.
Don't take on more than you can handle. – Bacara bilmədiyinizdən çox şeyi öz üzərinizə götürməyin.
Please handle this precision instrument carefully. - Xahiş edirəm bu həssas aləti diqqətlə istifadə edin.
The sweetest grapes hang the highest. - Ən şirin üzüm ən yüksəkdə asılıdır.
Never hang a man twice for one offence - Heç vaxt bir cinayətə görə kişini iki dəfə asma
Accidents like this happen all the time. - Bu kimi qəzalar hər zaman olur.
Who knows what will happen in the future? - Kim bilir gələcəkdə nə olacaq ( baş verəcək )?
Silence does seldom harm. - Sükut nadir hallarda zərər verir.
He didn't mean to harm you – O, sizə zərər vermək istəmirdi
I hate to see animals suffering. - Heyvanların əziyyət çəkdiyini görməkdən nifrət edirəm.
I hate to see you unhappy. - Səni bədbəxt görməkdən nifrət edirəm.
I'll come back to haunt you! - Mən səni dadanmaq üçün qayıdacağam!
The ghost of Lady Margaret is supposed to haunt this chapel. –Yəqin, Lady Margaret'in ruhu bu kilsəyə musallat olub.
Her mental scars will take time to heal. - Onun əqli yaralarının yaxşılaşması üçün vaxt lazımdır.
The wound on your hand will heal over soon. - Əlinizdəki yara tezliklə sağalacaq
I'll heat it up in the microwave. - Mikrodalğalı sobada qızdıracağam.
Heat until all the water has evaporated. - Bütün su buxarlanana qədər qızdırın ( isidin).
He would help you if he could. - İmkan olsaydı sənə kömək edərdi.
Gazelles often hop when running. - Ceyranlar tez-tez qaçarkən atlanır ( tullanır).
I hope these black marks will clean off - Ümid edirəm bu qara ləkələr təmizlənəcək
I just want to hug you so much right now. - Sadəcə indi səni çox qucaqlamaq istəyirəm.
Some animals hunt at night. - Bəzi heyvanlar gecə ov edir.
I have to hurry up. - Tələsməliyəm.
Don t hurry me.Let me think. – məni təsdirmə! Qoy fikirləşim
First of all we must identify the problem areas. - Hər şeydən əvvəl problemi müəyyənləşdirməliyik.
We cannot identify happiness with wealth. - Xoşbəxtliyi sərvətlə eyni tuta bilmərik.
I can hardly imagine such a scene. - Belə bir mənzərəni çətin təsəvvür edirəm.
Imagine a house with a big garden. - Böyük bir bağı olan bir evi təsəvvür edin.
She did not impress me at all. – O, məni heç də təsirləndirmədi.
The advertisements are intended to improve the company's image. - Reklamlar şirkətin imicini yaxşılaşdırmaq məqsədi daşıyır.
We seek to improve relations between our two countries. - Ölkələrimiz arasındakı münasibətləri yaxşılaşdırmağa çalışırıq.
My hobbies include reading and painting. – Hobilərimə oxumaq və rəsm çəkmək daxildir
Does the price include postage? - Qiymətə poçt daxildir?
Our main aim is to increase sales in Europe. - Əsas məqsədimiz Avropadakı satışları artırmaqdır.
Newspapers influence the current of thought. - Qəzetlər düşüncənin cərayanına təsir edir.
Please inform us how to find his house. - Xahiş edirəm evini necə tapacağımızı bizə məlumat verin.
We hope to inject new life into our work. - Ümid edirik işimizə yeni bir həyat aşılayacağıq.
It is not lawful to kill or injure a pet animal. - Ev heyvanını öldürmək və ya yaralamaq ( xəsarət vermək) qanuni deyil.
Greater effort is needed to instruct children in road safety. - Uşaqlara yol təhlükəsizliyini öyrətmək ( təlimatlandırmaq) üçün daha çox səy göstərilməlidir.
You can instruct your bank to allow a third party to remove money from your account. - Bankınıza üçüncü bir şəxsin hesabınızdan pul çıxartmasına icazə verməsi üçün göstəriş verə bilərsiniz.
I intend to spend the night there. - Gecəni orada keçirmək niyyətindəyəm.
I wish someone would invent an everlasting light bulb. - Kaş ki, kimsə əbədi bir ampul icad etsə
I'd like to introduce my younger son, Mark. - Kiçik oğlum Markı təqdim etmək istəyirəm.
I can't wear wool - it makes me itch. - Yun geyə bilmirəm - məni qaşındırır.
These rivers join at that town. - Bu çaylar həmin qəsəbədə birləşir.
Do you want to join me? - Mənə qoşulmaq istəyirsən?
Please don't joke about such a delicate subject. - Xahiş edirəm belə incə bir mövzu ilə əlaqəli zarafat etməyin.
Hazırladı: Ceyhun Yusifov