Materials

İngiliscə Azərbaycanca lüğət - Əsas fellər #6


0 1067

İngilis Azeri lüğət

Bu bölməmizdə sizlərə İngilis və Azərbaycan dilində sözləri ( Lüğətləri ) təqdim edəcəyik. İngiliscə Azərbaycanca lüğətlərə istinad edərək cümlələr və testlərlə birlikdə öyrəndiyiniz sözləri ( lüğətləri ) dahada möhkəmləndirmiş olacaqsınız. Hərgün İngilis dilində sözlər öyrənməklə, sizlərin İngilis dilindən Azərbaycan dilinə tərcümə edərkən ( vəya əksi ) müəyyən çətinlikləriniz aradan qalxmış olacaq. Uğurlar hərkəsə

 

Əsas Fellər

 

İngilis dilində sözlər və tərcüməsi

 

Judge

Mühakimə etmək, dəyərləndirmək

Jump

Tullanmaq, hoppanmaq

Kick

Təpikləmək

Kill

Öldürmək

Kiss

Öpmək

Kneel

Diz çökmək

Knit

Toxumaq, bitişmək

Knock

Dıqqıldatmaq

Label

Birkalamaq, etiket vurmaq

Land

Enmək düşmək

Last

Sürmək, uzanmaq, davam etmək, bəs etmək

Laugh

Gülmək

Launch

Başlatmaq

Learn

Öyrənmək

Level

Düzləşdirmək, istiqamətləndirmək

License

İcazə vermək, lisenziya vermək

Lick

Yalamaq

Lie

Uzanmaq, yalan demək

Lighten

İşıqlandırmaq

Like

Xoşlamaq

List

Siyahılamaq

Listen

Dinləmək

Live

Yaşamaq

Load

Yükləmək

Lock

Kilitləmək

Look

Baxmaq

Love

Sevmək

Man

Adam yerləştirmək

Manage

İdarə etmək

March

İrəliləmək

Mark

İşarələmək, işarə qoymaq

Marry

Evlənmək

Match

Uyğun gəlmək

Mate

Cütləşmək

Matter

Əhəmiyyəti olmaq

Measure

Ölçmək

Melt

Ərimək

Memorise

Xatırlamaq

Mend

Düzəltmək, düzəliş etmək

Mess up

Bərbat etmək, korlamaq

Milk

Süd sağmaq

Mine

Minalamaq, çıxarmaq

Miss

Darıxmaq

Mix

Qarışdırmaq

Move

Hərəkət etmək

Muddle

Qarışdırmaq

Mug

Meymunluq etmək, çox çalışmaq

Multiply

Çoxaltmaq

Murder

Öldürmək

 

İngiliscə cümlələr və tərcüməsi

 

You can't judge a book by its cover. - Bir kitabı üz qabığına görə qiymətləndirə ( dəyər biçmək) bilməzsən.

Never judge people by their appearance. - Heç vaxt insanları xarici görünüşlərinə görə qiymətləndirməyin ( mühakimə etməyin).

Can you jump over the river? - Çayın üstündən tullana bilərsən?

Don't kick the ball into the road. - Topu yola atma.

Dont kick your brother – qardaşını təpikləmə

Kill two birds with one stone. – bir daşla iki quş öldürmək

The police rarely shoot to kill - Polis nadir hallarda öldürmək üçün atəş edir

She stood on tiptoe to kiss him. – O, onu öpmək üçün ayaq ucunda dayandı.

She asks her son to kneel down. - Oğlundan diz çökməsini xahiş edir.

People sometimes kneel to pray. - İnsanlar bəzən dua etmək üçün diz çökərlər.

I had endless hours to knit and sew. - Toxumaq və tikmək üçün sonsuz saatlarım var idi.

My grandmother taught me how to knit. - Nənəm mənə necə toxumağı öyrətdi.

Knock on the door before you enter. - İçəri girmədən əvvəl qapını döy.

Label your suitcases to prevent confusion. - Qarışıqlığın qarşısını almaq üçün çamadanlarınızı etiketləyin.

The helicopter landed on the building – Helikopter binanın üstünə endi

Universe will not last forever  - Kainat əbədi qalmayacaq ( davam etməyəcək )

They managed to launch on a new business. – Onlar yeni bir işə başlamağı bacardılar

The Queen is to launch a new warship today. - Kraliça bu gün yeni bir döyüş gəmisini işə salacaq.

Learn to creep before you leap - Tullanmadan əvvəl sürünməyi öyrənin

He likes licking  ice cream  - O, dondurmanı yalamağı xoşlayır

We must not lie, and cry, God help us - Yalan danışmamalı və ağlamalıyıq, Allah köməyimiz olsun

We should hire another secretary to lighten Barbara's workload. - Barbara'nın iş yükünü yüngülləşdirmək üçün başqa bir katibə tutmalıyıq.

The sky began to lighten. - Göy işıqlanmağa başladı.

They load him with heavy things. – Onlar onu ağır şeylərlə yükləyirlər

When the horse is stolen,  lock the stable door - At oğurlandıqda tövlənin qapısını kilidləyin.

This suitcase won't lock because it is too full. - Bu çamadan kilidlənmir, çünki çox doludur.

Mountains look beautiful from a distance. - Dağlar uzaqdan gözəl görünür.

Look before you leap; see before you go - Tullanmamışdan öncə bax; getmədən əvvəl gör

We should manage to house and feed the poor. - Kasıbları evlə təmin etməyi və yedizdirməyi bacarmalıyıq.

How do you manage to stay so slim? – Belə incə qalmağı necə bacarırsan?

They planned to march on and liberate the city. – Onlar irəliləməyi və şəhəri azad etməyi planlaşdırdılar

To marry a woman for her beauty is like buying a house for its paint. - Gözəlliyi üçün bir qadınla evlənmək, boyası üçün bir ev almaq kimidir.

The carpets and curtains match well. - Xalçalar və pərdələr yaxşı uyğunlaşır.

Many birds mate in the springtime. - Bir çox quş baharda cütləşir.

Cats do not mate with dogs. - Pişiklər itlərlə cütləşmir.

It doesnt matter anymore – Artıq bunun əhəmiyyəti yoxdur

Measure thrice before you cut once - Bir dəfə kəsmədən əvvəl üç dəfə ölçün

Measure the distance between the two points. - İki nöqtə arasındakı məsafəni ölçün.

Ice needs heat to melt. – buzun əriməsi üçün istiliyə ehtiyacı var

I shall try to memorise all these phrases. - Bütün bu ifadələri əzbərləməyə çalışacağam.

In the end things will mend - Sonda işlər düzələcək

Never too late to mend. – Düzəlmək  üçün heç vaxt gec deyil.

Don't mess up my hair: I've just combed it.  – saçımı korlama. İndicə daramışam

I miss you, too. I'll be home soon. -  Mən də sənin üçün darıxıram. Tezliklə evdə olacağam.

Hurry up or we'll miss the train. - Tələsin, yoxsa qatarı qaçıracağıq ( keçirmək)

Oil and water don't mix. - Yağ və su bir birinə qarışmır.

Don't mix business with pleasure. - İşi zövqlə ( kef)  qarışdırma

Deep rivers move in silence, shallow brooks are noisy. - Dərin çaylar səssizcə hərəkət edir, dayaz çaylar səs-küylüdür.

I often muddle up Richard with his brother. - Riçardı tez-tez qardaşı ilə qarışdırıram.

In warm weather these germs multiply rapidly. - İsti havada bu mikroblar sürətlə çoxalır.

His son is learning to multiply and divide. - Oğlu çoxalmağı və bölməyi öyrənir( vurma cədvəli – riyazi).

He denies attempting to murder his wife. - O, arvadını öldürmək cəhdini inkar edir.

 

Hazırladı: Ceyhun Yusifov

arrow