Materials

4. İngilis dili artikl testləri - Article tests ( a / an / the )


1 2122

İngilis dili - Artikl testləri 

 

 

Bu bölməmizdə sizlərə ingilis dili qrammatika qaydalarında A / An / The artiklları üzrə testlər paylaşdıq. İngilis dili artikl üzrə qrammatik mövzuları aşağıda sizlər üçün paylaşdığım keçidlərdən əldə edə bilərsiniz... 

İngilis dili artikllar üzrə testlərə başlamazdan əvvəl aşağıda verilən ingilis dili artikl ( a / an və the ) üzrə qaydalara nəzər yetirməyiniz tövsiyə olunur. 

 

 

Artikl : A, An, The

 

Bu məqaləmizdə  İngilis dilində ən çox istifadə olunan Articles : A, An, The mövzusundan bəhs edəcəm. Articles : A, An, The haralarda və necə istifadə edilir? Ətraflı şəkildə  bu mövzu üzərində dayanmağa çalışacağız.

Bu linkə Click edərək artikl mövzusu üzrə video dərsliyə baxa bilərsiniz

 

1- INDEFINITE: (QEYRİ – MÜƏYYƏN ARTİKL): “a” – “an”

 

İsimlər samit bir hərf ilə başlayarsa; ismin əvvəlinə (a), isim sait bir hərflə başlayırsa o zaman (an) gətirilir.  Bu qaydaya bağlı olaraq diqqət edilməsi vacib iki vəziyət vardır.

  1. a” və “an” artiklı heçvaxt  tək başına gələn bir sifət ya da zərfin əvvəlində istifadə olunmur; tamamlayıcı bir isim olmalıdır.

 

  1. a” və “an” artiklı cümlə içində hər hansı bir mənanı ifadə etdiyi üçün mütləq tək olmalıdır.  

 

 

A banana

Bir banan

A child

Bir uşaq

A book

Bir kitab

An apple

Bir alma

An example

Bir nümunə

An engineer

Bir mühəndis

 

A blue (sifət) whale (isim)

Mavi bir balina

A red (sifət) house (isim)

Qırmızı bir ev

A really (zərf) big (sifət) plane

Çox böyük bir təyyarə

An extremely (zərf) tall (sifət) building

Son dərəcə hündür bir bina

 

I have a car

Mənim bir maşınım var.

Can you give me a pencil?

Mənə bir qələm verə bilərsən mi?

I eat an apple

Mən bir alma yeyirəm.

 

A notebook

Bir dəftər

A table

Bir stol

A dog

Bir it

A cat

Bir pişik

A glass

Bir stəkan

An orange

Bir portağal

An egg

Bir yumurta

An apartment

Bir mənzil

 

 

“a” və “an” artiklı istifadəsində qarışdırılan ən əsas nöqtə isə tələbələrin “a” və “an” əlavəliklərini sözlərin yazılışına bağlı olaraq cümlə içində istifadə etmələridir.

Halbuki “a” və “an” istifadə formasının ardından gələn ismin yazılışı deyil oxunuşuna bağlı olaraq istifadə edilməlidir.

Məsələn İngilis dilində saat mənasına gələn ‘’hour’’ sözü, hər nə qədər samit bir hərflə başlasa da ‘’aur’’ formasında tələffüz edilir. Bu vəziyyətdə isə;

a hour – istifadə forması səhvdir
an hour – istifadə forması isə düzgündür.

Cəm isimlərlə qətiyyən istifadə edilməyən ‘’a və an’’, eyni zamanda sayılabilməyən isimlərlə də istifadə olunabilməz. .

Məsələn; weather, water yaxud milk kimi isimlər İngilis dilində sayılabilməyən sözlər olduğu üçün ‘’a ya da an’’ gətirilmir.

Bir digər nümunə olaraq samit bir hərflə başlayan ‘’university’’ sözü, ‘’yuniversity’’ olaraq oxunduğu üçün əvvəlinə an deyil a hissəciyi gətirilməlidir.

an university – istifadə forması səhvdir.
a university – istifadə forması isə düzgündür.

 

2-DEFINITE: (MÜƏYYƏN ARTİKL) “THE” istifadə olunur.

‘’A və an’’ istifadə formalarında istifadə etdiyimiz stəkan (glass) nümunəsini “the” içində versək; əgər hərhansı bir stəkandan bəhsetsək ‘’a yaxud an’’ istifadə edilir ancaq müəyyənləşmiş ( bilinən) bir stəkanı deyiriksə ‘’the’’ article istifadə olunması lazım gəlir.

Bundan əlvə ‘’the’’‘’a ve an’’ article sözlərinin əksinə rəqəmsəl bir dəyər ifadə etməz. Bu səbəblə ‘’the’’ həm tək həm də cəm isimlərlə də istifadə olunabilir.

 

The glasses

Stəkanlar

The glass

Stəkan

 

 

Təbiət, havanın vəziyyəti, zaman ilə əlaqəli sözlərin başında ‘’the’’ istifadə olunur.

 

The sea               

Dəniz

The world

Dünya

The earth

Yer kürəsi

The rain

Yağış

The weather

Hava

The wind

Külək

The universe

Kainat

The past

Keçmiş

The future

Gələcək

 

 

Dağlar, çaylar, dənizlər, okeanlar, adalar kimi coğrafi adların başında ‘’the’’ istifadə olunur.

 

The Alps

Alp dağları

The Black Sea

Qaradəniz

The Bahamas

Bahamalar

 

Hazırladı: Ceyhun Yusifov

 

 

arrow