İngilis dili - Artikl testləri
Bu bölməmizdə sizlərə ingilis dili qrammatika qaydalarında A / An / The artiklları üzrə testlər paylaşdıq. İngilis dili artikl üzrə qrammatik mövzuları aşağıda sizlər üçün paylaşdığım keçidlərdən əldə edə bilərsiniz...
İngilis dili artikllar üzrə testlərə başlamazdan əvvəl aşağıda verilən ingilis dili artikl ( a / an və the ) üzrə qaydalara nəzər yetirməyiniz tövsiyə olunur.
Ödənişsiz online ingilis dili dərslərinə qeydiyyat başladı. Həmçinin hər ay 100 manat qazanmaq şansı. >>> Linkə keçid et və ödənişsiz dərslərə qeyd ol <<<
Artikl : A, An, The
Bu məqaləmizdə İngilis dilində ən çox istifadə olunan Articles : A, An, The mövzusundan bəhs edəcəm. Articles : A, An, The haralarda və necə istifadə edilir? Ətraflı şəkildə bu mövzu üzərində dayanmağa çalışacağız.
Bu linkə Click edərək artikl mövzusu üzrə video dərsliyə baxa bilərsiniz
1- INDEFINITE: (QEYRİ – MÜƏYYƏN ARTİKL): “a” – “an”
İsimlər samit bir hərf ilə başlayarsa; ismin əvvəlinə (a), isim sait bir hərflə başlayırsa o zaman (an) gətirilir. Bu qaydaya bağlı olaraq diqqət edilməsi vacib iki vəziyət vardır.
- “a” və “an” artiklı heçvaxt tək başına gələn bir sifət ya da zərfin əvvəlində istifadə olunmur; tamamlayıcı bir isim olmalıdır.
- “a” və “an” artiklı cümlə içində hər hansı bir mənanı ifadə etdiyi üçün mütləq tək olmalıdır.
A banana |
Bir banan |
A child |
Bir uşaq |
A book |
Bir kitab |
An apple |
Bir alma |
An example |
Bir nümunə |
An engineer |
Bir mühəndis |
A blue (sifət) whale (isim) |
Mavi bir balina |
A red (sifət) house (isim) |
Qırmızı bir ev |
A really (zərf) big (sifət) plane |
Çox böyük bir təyyarə |
An extremely (zərf) tall (sifət) building |
Son dərəcə hündür bir bina |
I have a car |
Mənim bir maşınım var. |
Can you give me a pencil? |
Mənə bir qələm verə bilərsən mi? |
I eat an apple |
Mən bir alma yeyirəm. |
A notebook |
Bir dəftər |
A table |
Bir stol |
A dog |
Bir it |
A cat |
Bir pişik |
A glass |
Bir stəkan |
An orange |
Bir portağal |
An egg |
Bir yumurta |
An apartment |
Bir mənzil |
“a” və “an” artiklı istifadəsində qarışdırılan ən əsas nöqtə isə tələbələrin “a” və “an” əlavəliklərini sözlərin yazılışına bağlı olaraq cümlə içində istifadə etmələridir.
Halbuki “a” və “an” istifadə formasının ardından gələn ismin yazılışı deyil oxunuşuna bağlı olaraq istifadə edilməlidir.
Məsələn İngilis dilində saat mənasına gələn ‘’hour’’ sözü, hər nə qədər samit bir hərflə başlasa da ‘’aur’’ formasında tələffüz edilir. Bu vəziyyətdə isə;
a hour – istifadə forması səhvdir
an hour – istifadə forması isə düzgündür.
Cəm isimlərlə qətiyyən istifadə edilməyən ‘’a və an’’, eyni zamanda sayılabilməyən isimlərlə də istifadə olunabilməz. .
Məsələn; weather, water yaxud milk kimi isimlər İngilis dilində sayılabilməyən sözlər olduğu üçün ‘’a ya da an’’ gətirilmir.
Bir digər nümunə olaraq samit bir hərflə başlayan ‘’university’’ sözü, ‘’yuniversity’’ olaraq oxunduğu üçün əvvəlinə an deyil a hissəciyi gətirilməlidir.
an university – istifadə forması səhvdir.
a university – istifadə forması isə düzgündür.
2-DEFINITE: (MÜƏYYƏN ARTİKL) “THE” istifadə olunur.
‘’A və an’’ istifadə formalarında istifadə etdiyimiz stəkan (glass) nümunəsini “the” içində versək; əgər hərhansı bir stəkandan bəhsetsək ‘’a yaxud an’’ istifadə edilir ancaq müəyyənləşmiş ( bilinən) bir stəkanı deyiriksə ‘’the’’ article istifadə olunması lazım gəlir.
Bundan əlvə ‘’the’’, ‘’a ve an’’ article sözlərinin əksinə rəqəmsəl bir dəyər ifadə etməz. Bu səbəblə ‘’the’’ həm tək həm də cəm isimlərlə də istifadə olunabilir.
The glasses |
Stəkanlar |
The glass |
Stəkan |
Təbiət, havanın vəziyyəti, zaman ilə əlaqəli sözlərin başında ‘’the’’ istifadə olunur.
The sea |
Dəniz |
The world |
Dünya |
The earth |
Yer kürəsi |
The rain |
Yağış |
The weather |
Hava |
The wind |
Külək |
The universe |
Kainat |
The past |
Keçmiş |
The future |
Gələcək |
Dağlar, çaylar, dənizlər, okeanlar, adalar kimi coğrafi adların başında ‘’the’’ istifadə olunur.
The Alps |
Alp dağları |
The Black Sea |
Qaradəniz |
The Bahamas |
Bahamalar |
Hazırladı: Ceyhun Yusifov
testin sehvdi bosluqlar yoxdu coxunda
1 ci sual mende sehv cıxdi Amma eslinde düz olmaliydi çünki cümlede the islenmisdi iki the Yan yana olmaz
petrol sayilmir nece a artikli qoyulur kii
Qeseydi
Aaffae
Aaffae
ela
Like like
Bu necə testdir ?? Düzədə səhv deyir !!!!!!
Hdurbd
Ey
24 düz
Məncə 1 ci cümlədə the yanlış düşüb. Bir sualada cavab verim: düzdür petrol sayılmır amma cümlədə benzin stansiyasından danışır. A petrol station olur.
Gözədir 1ci səhvid
Duzluyun sehfliyin nece bilek?