İngilis dilində danışıq öyrənmək üçün 7 Fantastik fikir
Salamlar hərkəsə! Mən Ceyhun Yusifov. Artıq 5 ildir ki, ingilis dili danışıq dərsləri tədris etdiyim üçün bugün sizlərə “ İngiliscə necə səlist şəkildə danışmaq olar?” başlıqları altında tərcrübələrimə əsaslanaraq bu məqaləni paylaşmaq qərarına gəldim.
Məlumdur ki, İngilis dilində danışmaq dil öyrənən tələbələr üçün olduqca zəhmətli, həyacan verici, qorxuducu və çətin görünən bir məsuliyyətdir. İngiliscə danışıq dərslərimdə ən çox rastlaşdığım hadisə tələbəyə İngiliscə danışmaq üçün bir sual verilidiyində, verilən sual hətta asan olmasına baxmayaraq tələbədə həyacanlanma və qorxu kimi hisslərin formalaşması idi. Əlbəttə burada bəzi psixolojik ( qrupda özünü digərlərindən zəif hiss etmə, özünü ifadə edəbilməmə qorxusu, utanma, qarşışındakı müəllimin dil səviyəsi, və s kimi) və digər faktorlar ( mövzu və ya sual haqqında məlumatının olmaması, ünsiyətcil ola bilməməsi və s) yer alır. Ancaq mən bu məqaləmdə sizlərə ingilis dilində danışmaq üçün nələrdən istifadə etmək lazımdır deyə 7 vacib fikiri aşağıda sıralı şəkildə paylaşdım.
1. Mükəmməl ingiliscə danışıq üçün ətrafında baş verən hər şeyi özünə danış.
Gün ərzində biz müxtəlif işlərlə məşğul oluruq. Məsələn bunlardan ən sadəsi səhər yerindən qalxmaq, telefonda və real dünyada dostların, ailən, iş yoldaşlarınla əlaqədə olmaq, yemək yemək, mübahisə etmək, sevinmək, ağlamaq, yemək bişirmək, evi təmizləmək, ev tapşırığı etmək kimi çoxlu fəaliyyətlərimiz olur. Elə isə bu gördüyünüz gündəlik, həftəlik və ya illik fəaliyyətlərinizi günün müəyyən hissəsində öz – özünə danışmağa başla..
“Axı bunları ingilis dilində necə danışım? Mənim ağlıma heç bir mövzu və cümlə gəlmir Axı” kimi bir sıra narahat edici fikirlər gələ bilir. Əlbəttə haqlısınız.. Ancaq gündəlik müəyyən qaydalara, ingiliscə səviyyəniz üzrə kitab oxuyarkən cümlə quruluşlarına, cümlənin gedişinə, Listening ( Dinləmə) edərkən ingiliscə danışan şəxsin və ya müəllimin söz sırasına təkrarən diqqət yetirdiyinizdə bir müddət sonra fərqi özünüzdə hiss edəcəksəniz.. Ancaq buda sizə kifayət etmirsə tezliklə youtube kanalımda paylaşacağım İngilis dilində 0 – dan danışıq və cümlə qurmaq dərslərinə göz gəzdirə və ya canlı ingilis dili danışıq kulubumuzda ( Conversation dərsləri) iştirak edə bilərsiniz.
2. İngiliscə danışıq üçün əvvəlcə sual verməyi öyrən
İngiliscə danışıq dərslərimdə müşahidələrimə əsasən deyə bilərəm ki, hətta normal səviyədə danışan tələbə sadə hər hansı Do/Does, Am/Is/ Are, Did, Was/were, Will, When, Why, Where, Who, What, How, How much/ How many kimi suallar verməyə çalışarkən böyük səhvlər edir və ümumiyətlə yuxarıda sadaladığım sual sözlərini zaman və cümlə sırası olaraq qarşıdırılar.
Ancaq danışıq və yazı müddətində bu suallar mütamadi olaraq təkrar edildiyində və vərdiş halına gətirildiyində artıq maraqlı ingiliscə söhbət üçün bir çətin məqam aradan qalxmış olur. Gəlin sizə aşağıda ingiliscə maraqlı söhbət və danışıq üçün necə sual verə bilərəm deyə 3 əsas zamanda nümunə verim..
Məsələn sadə bir felimiz ( Verb) olan “ Go” sözünü 3 əsas zamanda və fərqli sual sözləriylə sual cümləsi olaraq qurmağa çalışaq
İndiki zamanda sual cümləsi
Do you go to university in the morning?
Where does she go in the evening?
Keçmiş zamanda sual cümləsi
Did they go to Lerik last week?
How did you go to Russia without a plane ticket?
Gələcək zamanda sual cümləsi
Will she go and apologize to his mother?
Who will go with me?
Nümunə cümlələrdən gördüyünüz kimi istənilən hər hansı bir feli ingiliscə danışmağa başlamazdan əvvəl götürürük və sual cümləsi olaraq istifadə edirik.
Axı mənim ağlıma bu tərz suallar gəlmir deyə düşünürsənsə tezliklə youtube kanalımda paylaşacağım İngilis dilində 0 – dan danışıq və cümlə qurmaq dərslərinə göz gəzdirə bilərsiniz.
3. İngiliscə danışığını axıcı inkişaf etdirmək üçün lüğətdəki sözləri tərif et ( Define)
Məlumdur ki, İngilis dili danışıq kurslarının əksəriyyətində tələbəyə onlara verilmiş kitablardan ( New english file, New total, Speakout və s) tapşırıqlar verildiyi üçün verilən saat ərzində digər ingiliscə danışıq yönümlü fəaliyyətlərə imkan olmur.
Ancaq təcrübələrimdən və danışıq dərslərimdən əldə etdiklərimə əsasən deyə bilərəmki, Həftədə ən azı 1 dəfə dərs prosesində və ya günün istənilən saatında evdə və ya hər hansı bir məkanda “Sözləri tərif et” metodundan istifadə edərək bir ay içində gözləmədiyiniz bir nəticəyə çata bilərsiniz.
Axı bu “Sözləri tərif et” metodu nədir?
Məsələn “Money” sözünü qarşımızdakı şəxsə və ya özümüzə adını çəkmədən izah etməyə çalışaq.
It is a valuable thing. It is very important for us to make living. We use it at shopping center for buying clothes, cinema for watching a film, supermarket for buying food or bank for paying back our debts. But we must earn it first and get it as a salary at the end of the month.
Gördüyünüz kimi, müəyyən ingilis dili biliyi olan şəxs bu numunəni eşidən kimi cavabın Pul yəni Money olduğunu anlaya bilər..
Daha bunun kimi bir çox sözləridə ingilis dili danışıq öyrənərkən yoxlaya bilərsiniz.
4. Danışıq zamanı internetdə, kitabda, şəkildə, filmdə vəya hər hansı biryerdə gördüyün hadisələri danış
Heç hərhansı baxdığın bir filmi, oxuduğun romanı, gördüyün bir rəsmi və ya internetdə oxuduğun bir xəbəri öz- özünə vəya başqasına ingilis dilində danışmısanmı? Mərcə girərəm ki, Xeyr.
İngiliscə səlist danışmağın digər bir üsulu isə bu yöntəmdir.. Gəlin aşağıdakı rəsmə baxaq və nə gördüyümüzü danışmağa çalışaq
Rəsmdə ilk əvvəl gördüklərimizi qeyd edək və daha sonra nə əlavə edə bilərik onu düşünək.
I see two people in the picture and they look happy. I think they are dating ( sevgili olmaq). They enjoy the fantastic scenery of nature. Right at their back, I see a bike. Its color is blue.
The couples are sitting on the grass. There are bag and flowers beside them. I think they go for a walk in the open air every week. They look like adventurous people.
Gördüyünüz kimi, internetdən seçdiyim təsadüfi bir rəsmi yazaraq praktika etdim. Sizdə bu üslubdan istifadə edərək gündəlik davamlı çalışmaqla qısa müddət ərzində ingilis dili danışıqda əla nəticələr əldə edəcəksiniz
5. İngiliscə səlist danışıq üçün dünya görüşünü artır
Məlumdur ki,danışıq dili öyrənən tələbələrin əksəriyəti hər tərəfli mövzulara və ətraflı dünya görüşünə sahib ola bilmirlər. Məhz mən bu mövzuda sizə fərqli formada ingiliscə danışıq üçün hansı tip mövzular barəsində dünya görüşümüzü artıra bilərik deyə bəzi faydalı kanallar tövsiyə edəcəm.
Ted talks dinlə.
İnternetdə Youtube və digər web portallarından istədiyiniz mövzulara ( Din, sağlamlıq, elm, psixologiya, film və s) uyğun söhbətlər bilərsiniz.
National Geographic, History channel və Motivasiya videoları izlə.
Bu tərz kanalları izləmək və məlumat yığmaq ingilis dilində 3 ( Pre- intermediate) və üzəri səviyyələr üçün tövsiyə olunur. Ancaq istəyə bağlı olaraq bu kanallara öz dilinizdə əvvəlcə baxıb, ardından ingiliscə baxmaqda fayda vardır
İnternetdə öz səviyənə uyğun xəbərlər, məqalələr oxu və daha sonra onları üslubuna görə yaz və danış.
Bunun üçün bu saytlara keçid edə bilərsiniz
www.breakingnewsenglish.com ( eyni xəbər mətninin Səviyyələr üzrə məlumatı)
www.newsinlevels.com ( eyni xəbər mətninin Səviyyələr üzrə məlumatı)
www.english-online.at ( Əsasən 3 – cü səviyyə üçün elmi və digər mövzuları əhatə edir)
www.daysinlevels.com ( Tarixdə bugün baş vermiş hadisələri səviyyələr üzrə məlumatlandırır)
İngiliscə Show proqramlar izlə
6. Təsviri, müqayisəli, mübahisəli, əgər, niyə sualları yaradın və onlara cavab verin
7. Beyninizdə hər hansı bir vəziyyət yaradın və bu halda nə edə biləcəyinizi düşünün
Məsələn beyninizdə evə tək qaldı evə bir oğru daxil olduğunu düşünün və bu halda ilk nə bilərsiniz və ya özünüzü və evinizi müdafiə etmək üçün hansı tədbirlərə əl atarsınız?
Bu nümunə kimi sizdə öz üslubunuzda İngiliscə danışıq öyrənmək üçün fərqli vəziyyətlər yarada bilərsiniz.
Hazırladı: Ceyhun yusifov