Materials

Modal fellər ( can, could, could have done və be able to) ətraflı


2 3045

Modal Fellər haqqında ətraflı

 

Modal fellər  (Can / Could / Be Able To)

 

CAN Modal Feli

 

► Can bacarıqlarımızdan bəhs edərkən istifadə olunur. Azərbaycan dilində "bilmək, bacarmaq" mənasını verir.

 

                     

CAN Modal Feli Video dərslik

 

>>>>> Modal fellər testləri (1) <<<<<

 

 

 

Can modal feli cümlələr

  • Jeyhoon can swim. (Ceyhun üzəbilir)
  • My mother can speak Chinese. (Atam çin dilində danışa bilir.)
  • I can climb that mountain. (O dağa dırmaşa bilərəm.)
  • My brother can play the piano. (Qardaşım piyano çalabilir.)
  • My students can dance. (Tələbələrim rəqs edəbilir.)

İnkar bir cümlə qurmaq, yəni edəbilmədiyimiz şeyləri bildirmək üçün isə can köməkçi felinə not inkar hissəciyi əlavə olunur. Qısacası "can't" olaraq yazılır.

 

Cant modal feli cümlələr

  • Tony can't play volleyball. (Tony volleybol oynaya bilmir)

  • My father can't speak French. (Atam fransızca danışa bilmir.)
     

Sual cümləsi düzəltmək üçün can köməkçi fel mübtədadan əvvələ gətirilir.

 

Can modal feli -  sual cümləsi

  • Can you swim? (Üzəbilirsən?)
  • Can your students speak English? (Tələbələrin inglis dilində danışa bilirmi?)

 

► Can eyni zamanda düzəlməsi ya da meydana gəlməsi ehtimal şeylər haqqında danışmaq üçün də istifadə olunur.

 

-The doctor can see you at 3.00. (Həkim sizi 3 də görəbilər.)
Yəni həkimin sizi görməsi ancaq 3 də mümkün olacaqdır. Daha əvvəl görməsi mümkün deyildir.

 

-You can not buy flowers at butcher"s. (Qəssabdan çiçək alabilməzsiniz.)
Yəni qəssabdan çiçək alabilməzsiniz. Bunu da can not ilə ifadə edirik.

 

- Sue can come to İstanbul this evening. (Sue bu axşam İstanbul'a gələbilər.)

 

Youtube kanalımız   >>  ingilis dili qrammatik qaydalar

 

COULD AND BE ABLE TO HAQQINDA

 

Could “can” in keçmiş zaman formasıdır. Bütün şəxslər üçün dəyişikliyə məruz qalmadan “could” olaraq  istifadə olunur. Sual verərkən could mübtədadan əvvələ gətirilir. İnkar formasını düzəltmək üçün  sonuna not hissəciyi əlavə olunur. Qısaltması couldn't dır. Bu cümlələrdə həmişə felin birinci halı istifadə olunur.

 

                       

Be able to haqqında Video dərslik

 

Could cümlələr

  • - I could swim when I was 4 years old. (Dört yaşındaykən üzəbilirdim.)

  • - My father couldn't finish his work last night. (Atam dünən gecə işini bitirə bilmədi.)

 

► Keçmiş zamanda meydana gəlmiş və ümumi qabiliyyət  ifadə edən cümlələrdə could və be able to birbirinin yerinə istifadə olunabilir, aralarında hec cürə fərq yoxdur.

 

- I could ride a bicycle when I was six. (Altı yaşındaykən velosipet sürəbilirdim.)

- Was your grandfather able to drive a car when he was young? (Baban gənc ikən maşın sürəbilirdi)

 

► Ancaq keçmişdə bir dəfəyə məxsus olmaq üzrə cəhd edilərək edilən işlərdə qabiliyyət ifadə etmək üçün could istifadə ediləbilməz, be able to vəya managed to istifadə olunur.

- The table was very heavy. But the woman was able to lift it. 
(Stol çox ağırdı ancaq qadın qaldırabildi.)

- It was too foggy yesterday. Were you able to drive to school? (Dünən hava çok dumanlıydı. Məktəbə maşınla gedəbildinmi?)

Bu iki cümlədə could istifadə ediləbilməz. Çünki  bəhs edilən hərəkətlər keçmişdə ümumi olaraq edilə bilən şeylərdən vəya bacarıqlardan bəhsetmir. Yalnızca bir dəfəyə məxsus olan və maneələrə baxmayaraq edilməsi bacarıla bilən hərəkətlərdən bəhs edilir.

 

► Hiss orqanlarının düzəltdiyi fellərdə bir dəfəyə məxsus olsa belə  could eynən be able to və managed to kimi istifadə olunur.

 

- The thief was coming towards my house. (Oğru evimə doğru gəlirdi.)

- But I could see him through the keyhole. (Ancaq mən onu qapının dəliyindən görə bilirdim.)
- But I was able to see him through the keyhole. (Ancaq mən onu qapının dəliyindən görə bilirdim)

Gördüyünüz kimi yuxarıdakı iki cümlə arasında məna olaraq hərhansı bir fərq yoxdur.

 

- Could your grandma hear the strange sounds from the next-door flat last night? (Nənən dünən gecə qarşıdakı mənzildən gələn əcayib səsləri eşidəbildimi?)

- Was your grandma able to hear the strange sounds from the next-door flat last night? (Nənən dünən gecə qarşıdakı mənzildən gələn əcayib səsləri eşidəbildimi?)

 

► Keçmiş zamanda inkar cümlə və suallardakı bacarıqları ifadə etmədə couldn't vəya weren't/wasn't able to istifadə olunur. İnkar cümlələrdə, ümumiyyətlə olan işlər vəya bir dəfəyə məxsus olmaq üzərə edilən işlərdə bir fərq qoyulmur.

 

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

- My brother couldn't swim when he was 10. (Qardaşım 10 yaşındaykən üzə bilmirdi.)

- My brother wasn't able to swim when he was 10. (Qardaşım 10 yaşındaykən üzə bilmirdi.)

Gördüyünüz kimi yuxarıdakı iki cümlə arasında məna olaraq hərhansı bir fərq yoxdur.

- Couldn't the boy open the door this morning? 
(Oğlan bu səhər qapını aça bilmədimi?)

- Wasn't the boy able to open the door this morning? (Oğlan bu səhər qapını aça bilmədimi?)

 

► Gələcək zamanda təsdiq, inkar və sual cümlələrində bacarıqlar sadecə "be able to" ilə ifadə edilir. "Can" gələcək zaman üçün istifadə oluna bilməz

 

- The teacher will be able to rest after school. (Müəllim məktəbdən sonra istirahət edəbiləcək.)

- I won't be able to read anymore. (Artıq oxuya bilməyəcəm.)

- Will they be able to find the key? (Açarı tapabiləcəklərmi?)

 

 

 Modal fellər (Could do and Could Have Done) haqqında 

 

COULD HAQQINDA

 

Could birneçə fərqli şəkildə istifadə olunabilir.

 

                       

COULD HAQQINDA VİDEO DƏRSLİK

 

► Bəzi hallarda can köməkçi felinin keçmiş halı olaraq istifadə olunur.

 

Could cümlələr

  • - Listen! I can hear footsteps. (Qulaq as! Ayaq səsləri eşidəbilirəm.)
  • - I listened and I could hear footsteps. (Dinlədim və ayaq səsləri eşidəbildim.)

 

► Could eyni zamanda indi vəya gələcəklə əlaqəli ehtimal hərəkətlərdən bəhsedilərkən istifadə olunur. Xüsusilə əks tərəfə bir şey tövsiyə edərkən də could istifadə oluna bilir.


Could cümlələr

  • The phone is ringing. It could be John. (Telefon zəng çalır. John olabilər.)

  • I don't know when they'll be here. They could arrive at any time. (Nə zaman burada olacaqlarını bilmirəm. Hər an gələbilərlər.)

  •  What shall we do this evening? It's raining outside. (Bu axşam nə etməliyik? Bayırda yağış yağır?)

  •  We could go to the cinema. (Sinemaya gedəbilərik.)

 

- It is sunny outside. We could go to the beach. (Bayır günəşlidi. Çimərliyə gedəbilərik.)

 

Yuxarıdakı nümunələrdə can də istifadə oluna bilir, ancaq could ilə müqayisə olunduğunda can daha dəqiqlik ifadə edir.

 

Saytın davamlı işləməsi üçün, əməyə hörmət edib, reklama 2 saniyəlik keçid et

► Could eyni zamanda  bir şeyin indi vəya gələcəkdə ehtimal olduğunu vurğulamaq üçün istifadə olunur. 

 

COULD HAVE DONE HAQQINDA

 

► Could ile could have done arasında məna olaraq fərq vardır. Aşağıdakı nümunələri incəliyək.

- I'm so tired. I could sleep for a week. (çox yorğunam. Bir həftə yata bilərdim.) - İndi

- I was so tired. I could have slept for a week, (O qədər yorğundum ki. Bir həftə yatabilərdim.) - Keçmiş



► Could have done ümumiyyətlə keçmişdə reallaşması ehtimal olan ama reallaşmayan hərəkətlər üçün istifadə olunur.

 

- Why did you stay at a hotel when you went to New York? You could have stayed with John. (New York'a getdiyində niyə oteldə qaldın. John'la qalabilərdin.)

- Jack fell off a ladder yesterday but he's all right. He's lucky - he could have hurt himself. (Jack dünən nərdivandan düşdü ama vəziyəti yaxşıdı. Çox şanslı, bir yerini qıra bilərdi)

 

 

arrow